Recent Updates RSS Toggle Comment Threads | Keyboard Shortcuts

  • iMMoRTaL AnGeL 15:14 on February 1, 2011 Permalink | Reply
    Tags: abdinova, bloqum, yeni bloq   

    Bloqum yeni ünvanda.. http://www.abdinova.com :)

     
  • iMMoRTaL AnGeL 20:30 on October 16, 2010 Permalink | Reply  

    Arteriya qədər dəyərli sözlər… 

     Fikir vermə, boş ver və s. də demək fikrim yoxdur, çünki hamısı sözdə qalır, özümdən bilirəm. Sadəcə, səni incidən bir şeydən uzaq durmağın daha yaxşıdır, çalış ki, içində onu öldür, başqa çıxış yolu yoxdur, yaşamaq lazımdır axı, Mələk…
     Özün vəziyyətini görürsən, bu cür davam etməyin bir axırı varsa, dəyər, əgər yoxdursa, o zaman nə qədər belə davam edəcəyini özünə sual ver, cavabda isə ədalətli olmağa çalış… 
     Sənin nifrət etmən üçün bu boyda səbəbin var, heç düşünməməlisən də. Hər şeyi olduğu kimi danışan insanların dəyəri çoxdan itib, əgər kiminsə özü elədirsə, qarşı tərəfdə də bunu axtarır hər zaman, əgər özü bir zibil deyilsə, hər zaman aldadırsa, yalan danışırsa, onlara toxunur belə reallıqlar, etiraflar. Mələk, əmin ola bilərsən ki, heç nə itirməmisən, əksinə, qazanmısan!
     İnsanın ruhunu sevmək lazımdır, fiziki olaraq, cismini yox. Mən ona müqəddəs kimi yanaşırdım, hətta, toxunmaq belə qəribə gəlirdi… 
     Sənə bir şey etiraf edim ki, bu ölkə qızlarını belə vizəyyətdə görəndə hər zaman gülümsəyərək keçirəm, vecimə almaq bir yana, bunları gördükləri üçün sevinirəm hətta, çünki buna layiqdirlər. Potensial olaraq hamısında ikiüzlülük, qeyri-səmimilik görürəm və bu səbəbdən də hər cür münasibətdən uzaq dururam. Təbii ki, istisna adamlar da var aralarında. Düzdür, səni az zaman kəsiyində tanıyıram, lakin sənin də xəbərin olmadan bir neçə fikrindən necə biri olduğunu çoxdan özüm üçün bəlli etmişəm, bu danışdıqlarınla da bir daha doğru olduğuma əmin oldum. Həyatında hər şey əla olacaq, əmin ol, sadəcə, özünə qarşı ədalətli ol və zaman tanı. Görəcəksən. Dəyərini bil, yetər. Sənin kimi tək-tük normal qızlar da elələrinin həyatında əriyib, puç olurlar zamanla, bu dəfə isə sevinmək səbəbim məhz bu problemin olub da sizin ayrılmağınızdır. Sən daha yaxşısına layiqsən!
     Ağıllanırsan, sadəcə, hərdən qalusinasiyalar olacaq, həmin anlarda sentimental olaraq hərəkət etmə, düşünərək hərəkət etsən, o zaman yerdəki qanadsız Mələk olacaqsan ;)
    Üzün gülsün, Mələk, sənə çox gözəl yaraşır, qəhr olsun sənə qəm yaşadan hər şey! =)

     
  • iMMoRTaL AnGeL 18:01 on October 16, 2010 Permalink | Reply  

    Sia-My Love 

     
  • iMMoRTaL AnGeL 17:21 on October 16, 2010 Permalink | Reply  

    Sakit…. 

    Ruhum azaddır.. ağladım. son qoydum. bitirdim. əslində bitmişdi amma bu dəfə daha mükəmməl oldu.
    daha heç kimə görə günah işlətməyəcəm. daha qaydaları özüm yazacam, sonra da pozacam.. qışqıracam.. qəh-qəhə çəkəcəm. güləcəm.. boş küçələrdə tək gəzəcəm.. səhər oyandığımda tez telefona baxmayacam .. ümidlərim də olmayacaq.. mən xoşbəxtəm.. o məni itirdi.. mən yaxşı insanam.. onunla özümü pis hiss edirdim.. sıxılırdımşş sanki nələrəsə məcbur idim.. etdiyim hər hərəkətdə peşmançılıq, fayda, sevinc-ilaxır hisslər axtarmayacam.. uçacağam.. sərin külək üzümə vuracaq.. həzin sözsüz musiqinin akkordları məni yaşadacaq.. dərindən nəfəs alacam.. bəlkə ürəyimin ən dərinliklərində qalmısan.. o da o dərin nəfəsimlə itilsin içimdən..

     
  • iMMoRTaL AnGeL 16:00 on October 16, 2010 Permalink | Reply  

    Mübarizə 

    Nə olur olsun mübarizə aparacağam… Nə qədər həvəsdən salsan da, bilirəm ki özün daha çox acı çəkirsən. Xoşbəxt olmağı istəməyən adam yoxdur, xoşbəxtliyin nə olduğunu bilməyən adam var. Bir də var ki xoşbəxtliyin nə olduğunu bilən amma onu istəməyən-bax bunlar əsl bədbəxtlərdir. Məni  çox güclü zənn edir.. ya da çox zəif..
    Amma, ancaq, lakin o axmaqdır! Bəli ! Bəli! Zənn edir ki mən sonsuzam.. ölümsüzlər məndə cəmlənib.. düşünmür ki əzrail də ölümsüzdür amma can alır!

     
  • iMMoRTaL AnGeL 19:27 on October 15, 2010 Permalink | Reply  

    Mümkün deyil 

    Küsə bilmirəm. Eşitdiyim an damarımda qan donur.. sağ biləyimi hiss etmirəm.. dünyanın ən pis ,ən axırıncı adamı olur mənimçün.. o an yanımdan yox olmasını istəyirəm. acılamaq, sındırmaq, məhv etmək istyirəm.

    susuram..
    10ca dəqiqə də o sussa … susmur axı! fərqlərimiz var!
    ok.. davam edirik. tərk edilmə hissəsi…
    life is going on..
    i also go on.. gəzirəm özümçün.. sözlər qulağımda cingildəyir.. 
    gəldim evə.. bir – iki damla..
    gözlər yoruldu..
    yatdım…
    vəssalam.. yenə sevirəm…
     
  • iMMoRTaL AnGeL 19:43 on October 11, 2010 Permalink | Reply  

    3G kameralar məktəblərdə 

    Azərfon – Vodafone yenilik etdi. Artıq 3G kameralar orta məktəblərdə də quraşdırıldı.
    Nədir bu? Deməli belə.Paketin qiyməti 247 manata başa gələn bu kameranı quraşdırırıq sinif otağında, sonra isə operatorlar bütün təlimatları yerinə yetirdikdən sonra valideyn istədiyi zaman evdən həm müəllimi həm də öz şagirdini izləyə bilər.. yalnız pin kodu bildiyi halda.. Bir növ gizli kameradır sadəcə kb-na görə ödənişli..

    P.s. Bu şagirdin azadlığının əlindən alınmasıdır.. Bu insanlarda texnologiyaya ilk yaşlardan qorxunun yaranmasıdır..Bu mənim fikrimdir.

     
  • iMMoRTaL AnGeL 17:31 on October 11, 2010 Permalink | Reply  

    P.S. 

    Müharibə üçün bu qədər meşələr qırılacaqsa onda Qarabağ heç vecimə də deyil!
     
  • iMMoRTaL AnGeL 19:36 on October 10, 2010 Permalink | Reply  

    F5 


    Mənim xoşbəxtliyim sənin gülüşündədir.. 
    Mən xoşbəxtliyimin açarın tapdım,
    Qıfıl səndədir..
     
  • iMMoRTaL AnGeL 18:55 on October 9, 2010 Permalink | Reply  

    əsəbimdən əsirəm! soyuqluğum buz kimi yandırır məni.belə olmalı deyildi.. !!!

     
c
compose new post
j
next post/next comment
k
previous post/previous comment
r
reply
e
edit
o
show/hide comments
t
go to top
l
go to login
h
show/hide help
shift + esc
cancel
Follow

Get every new post delivered to your Inbox.